İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib ki, zərbələr nəticəsində ölənlər var.
“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, – deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.
Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb.
Azinformasiya.az