Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama

Sumqayıt Texnologiyalar Parkında baş vermiş partlayışla bağlı açıqlama verilib.

Qurumdan Azinformasiya.Az-a daxil olan məlumatda qeyd edilir ki, noyabrın 9-u gecə saatlarında Sumqayıtda, STP Şirkətlər Qrupunun törəmə şirkəti olan “STP-AH” MMC-də partlayış hadisəsi baş verib. Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən  olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.

İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin  avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye  halında olan  kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan  təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da, güclü səsə və hava dalğasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir