Sumqayıtda zəncirvari yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində baş verib.
İlkin məlumata əsasən, “VAZ 2104” markalı minik avtomobili, yük avtomobili və bir motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az