Sumqayıtda zəncirvari qəza nəticəsində iki nəfər xəsarət alıb

Sumqayıtda zəncirvari yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.

“PAZ” markalı avtobusla “Opel” və “Hyundai” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Hyundai”ın sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin – 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir