Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var

Sumqayıtda zəncirvarı qəza olub, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

“Range Rover” və “Volkswagen Passat” markalı minik avtomobilləri toqquşaraq yolda hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.

Hadisə nəticəsində mikroavtobusda olan iki nəfər yüngül, “Volkswagen Passat”-ın sürücüsü 1988-ci il təvəllüdlü Musayev Namiq İsmət oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir