Sumqayıtda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

“Toyota Prius” və “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə “Prius”da olan sürücü və 3 sərnişin xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir