Sumqayıtda yeniyetmələr arasında dava olub, 2 nəfər bıçaqlanıb

Sumqayıtda yeniyetmələr arasında dava zamanı 2 nəfər bıçaqlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə “Ceyranabatan bağları” adlanan ərazidə baş verib.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, həmyaşıdı İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir