Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə “Yaşma bağları” ərazisində baş verib.
1970-ci il təvəllüdlü İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb. Maşının banını qaldırarkən ban yüksək gərginlikli elektrik xəttinə toxunub. Sürücü cərəyan vurması nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az