Sumqayıtda mənzildə 59 yaşlı kişi meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə “Yaşıldərə” adlanan yaşayış massivində baş verib.
1965-ci il təvəllüdlü Xanoğlan Əvəz oğlu Məmmədovun meyiti yaşadığı fərdi evdə aşkar olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az