Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, 1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında qeydə alınıb.

Məlumata görə, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir