Sumqayıtda fəhlə işlədiyi zavodda xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən zavodda baş verib.
1969-cu il təvəllüdlü Zamanov Çingiz Çərkəz oğlunun fəhlə işlədiyi zavodda ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilir.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az