Sumqayıtda bir ailədən 5 uşaq dəm qazından zəhərlənib

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün gecə saatlarında qeydə alınıb.

Məlumata əsasən, 2015-ci il təvəllüdlü C.C. , qardaşları – 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları – 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir