Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə saatlarında qeydə alınıb.
“Hyunday” markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.
Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq M.Əliyev səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az