Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.
Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov, həmçinin anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az