Sumqayıtda yük maşını azyaşlını vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata əsasən, yolu keçmək istəyən 2016-cı il təvəllüdlü məktəbli Mehdi Məmmədovu yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az