Sumqayıtda 58 yaşlı kişi xəstəxananın pəncərəsindən özünü atıb

Sumqayıtda 58 yaşlı kişi müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə 1 saylı şəhər xəstəxanasında baş verib.

1966-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Canıyev müalicə aldığı xəstəxananın sanitar qovşağının pəncərəsindən özünü atıb.

Məlumata əsasən, F. Canıyev nevroloji şöbədə müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir