Sumqayıtda 58 yaşlı kişi xəstəxanada ölüb

Sumqayıtda ruhi əsəb xəstəxanasında dərmandan zəhərlənən 58 yaşlı kişi Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

 

Azinformasiya.az  xəbər verir ki,1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəxanasında qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq sözügedən şəxs dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir