Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində baş verib.
Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.
İlkin məlumata əsasən, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az