Sumqayıtda 23 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Betonzavod adlanan ərazidə baş verib.
2001-ci il təvəllüdlü İsmayılova Mehriban Nizami qızının hamam otağında dəm qazından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az