Sumqayıtda 21 yaşlı oğlan qonşu qadını bıçaqlayıb

Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayevaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir