Sumqayıtda fəhlə işləyən gənc hündürlükdən yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
2004-cü il təvəllüdlü Bərdə rayon sakini Səfərov Səfaralı Faiq oğlu tikintidə işləyərkən ehtiyatsızlıqdan yıxılıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az