Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Ş. Bədəlbəyli küçəsində baş verib.
Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü M. Fatiməni avtomobil vurub.
Piyada Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az