Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Sudandakı xüsusi nümayəndəsi Volker Pertez, Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələrin arasında baş verən qarşıdurmalarda 185 nəfərin həyatını itirdiyini, 1800-dən çox mülki vətəndaş və hərbçinin isə yaralandığını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, Pertez BMT-nin Nyu-Yorkdakı binasında videokonfrans vasitəsilə jurnalistlərin suallarını cavablandırıb.
Şənbə günü səhər saatlarında başlayan qarşıdurmaların davam etdiyini qeyd edən Pertez, Sudan xalqının əsas ehtiyaclarını qarşılamaq üçün bir neçə saatlıq çox qısamüddətli atəşkəs razılaşması əldə etdiklərini bildirib. “Biz hər iki tərəfi münaqişəni dərhal dayandırmağa çağırırıq. Hər iki tərəf BMT təşkilatlarını, səfirlikləri və tibb müəssisələrini qorumalıdır. Çox ciddi pozuntular baş verir. Hər iki tərəf vasitəçilik və ya sülh istəmir. Hər iki tərəf digərinin təslim olmasını gözləyir”, -deyə Pertez bildirib.
Azinformasiya.az