Sudan ordusu xarici diplomatların təxliyəsinin başlanacağını bildirib

Sudan ordusu ABŞ, Böyük Britaniya, Fransa və Çindən olan xarici diplomatların və vətəndaşların hərbi təyyarələrlə Xartum hava limanından təxliyəsinin bir neçə saat ərzində başlayacağını elan edib.

 

Azinformasiya.az xarici mediaya istinadən xəbər verir ki, hərbçilər bildiriblər ki, ordu komandiri general Əbdülfəttah Burhan müxtəlif ölkələrin liderləri ilə danışaraq vətəndaşların və diplomatların Sudandan təhlükəsiz təxliyəsini istəyib.

General Burhan Səudiyyə Ərəbistanından olan diplomatların artıq Port Sudandan təxliyə edildiyini və təyyarə ilə krallığa çatdırıldığını bildirib. O, həmçinin yaxın zamanda İordaniya diplomatlarının da eyni üsulla evakuasiya ediləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, artıq bir neçə gündür Sudanda 400-dən artıq insanın ölümünə səbəb olan toqquşmalar davam edir. Sudanın əsas beynəlxalq hava limanının bağlanması ilə xarici ölkələr öz vətəndaşlarına evakuasiya planlarını təşkil edənə kimi təhlükəsiz sığınacaqlarda qalmaq ilə bağlı göstəriş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir