NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq “X” hesabında yazıb.
Onun sözlərinə əsasən, telefon danışığı əsnasında Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub danışıb.
“Yardımın gecikdirilməsi hər gün öz nəticələrini verir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz, eyni zamanda bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq”, Stoltenberq vurğulayıb.
Azinformasiya.az