NATO Baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş baş tutub.
Azinformasiya.az xəbər verir ki, görüş Osloda keçirilən NATO XİN başçılarının qeyri-formal iclası çərçivəsində olub.
Görüşdə NATO-nun Vilnüs Sammitinə hazırlıq, müttəfiqlərin Ukraynaya dəstəyinin davam etdirilməsi və İsveçin üzvlük prosesinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azinformasiya.az