Stoltenberq və Ərdoğanın Nyu-Yorkda görüşü baş tutub

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda görüş baş tutub.

 

Azinformasiya.az xəbər verir ki bu barədə NATO Baş katibi “X” hesabında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu Yorkda görüşməkdən şadam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik və mən Türkiyənin Qara dəniz taxıl sazişini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”, Stoltenberq vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir