Stoltenberq: Ukrayna Rusiya qüvvələrinin müdafiə xəttini yararaq irəliləyir

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın əks-hücum əməliyyatında mühüm irəliləyişlərin olduğunu söyləyib.

 

Azinformasiya.az xəbər verir ki, Alyansın Baş katibi bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Müdafiə və Təhlükəsizlik Alt-Komitəsinin birgə iclasında çıxışı zamanı bildirib.

Stoltenberq Ukraynanın əks-hücum əməliyyatında irəliləyişini alqışlayıb və vurğulayıb ki, Ukrayna qüvvələri tədricən uğur qazanırlar və onlar Rusiya qüvvələrinin müdafiə xəttini yara biliblər və irəliləyirlər.

“Rusiya ordusu əvvəllər dünyanın ikinci güclü ordusu idi. Hal-hazırda isə Rusiya ordusu Ukraynada ikinci güclü ordudur… Reallıq budur ki, ukraynalılar əslində gözləntiləri dəfələrlə üstələyirlər. Biz məsuliyyətimizin nədən ibarət olduğunu xatırlamalıyıq: Onları dəstəkləmək bizim məsuliyyətimizdir. Ukraynanı dəstəkləmək seçim deyil. Üzvlərimiz, ölkələrimiz üçün sülhü qoruyub saxlamaq və avtoritar rejimlərin beynəlxalq hüququ pozaraq və hərbi güc tətbiq etməklə istədiklərinə müvəffəq olmamasını təmin etmək zərurətdir”, – Stoltenberq diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir