Stoltenberq: Ukrayna NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır

“2014-cü ildən fərqli olaraq, hazırda alyansın Ukraynaya dəstəyi daha geniş xarakter daşıyır. Ukrayna hazırda NATO-ya üzvlüyə heç vaxt olmadığı qədər yaxındır”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq fəaliyyətinin yekunlarına dair çıxışında bildirib.

O deyib ki, NATO-nun Ukraynaya göstərdiyi dəstək Almaniyadakı komandanlıq vasitəsilə əlaqələndirilir. Stoltenberq, eyni zamanda Şimali Atlantika Alyansına rəhbərlik etdiyi müddətdə üzv və tərəfdaş ölkələrin sayında artım olduğunu vurğulayıb:

“Onların arasında Monteneqro, Şimali Makedoniya, Finlandiya və İsveçin adını çəkə bilərəm. Bu ölkələr təşkilatımızın tamhüquqlu üzvləridir. Ukraynaya dəstəyimiz davam etdirilir. 2014-cü ildən fərqli olaraq, bu gün Ukraynaya verdiyimiz dəstək daha geniş xarakter daşıyır. Hazırda Ukrayna alyansa heç vaxt olmadığı qədər yaxındır. NATO-nun Ukraynaya dəstəyi Almaniyadakı komandanlıqdan koordinasiya edilir”.

Keçmiş Baş katib qeyd edib ki, Alyansla Avropa İttifaqı arasındakı münasibətlər bu dövrdə yeni mərhələyə qədəm qoyub: “Bu müddətdə NATO kimi bir təşkilata rəhbərlik etmək, eləcə də üzv və tərəfdaş ölkələrlə birgə işləmək mənim üçün şərəf idi. Mən bütün dövlətlərin hərbi-siyasi rəhbərliyinə, o cümlədən onların alyansdakı nümayəndələrinə təşəkkür edirəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir