Stoltenberq Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Tbilisidə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Hökumət administrasiyasında baş tutan görüşdən sonra tərəflərin mətbuata birgə açıqlaması olacaq.

Qeyd edək ki, Yens Stoltenberq martın 19-da Tbilisidən İrəvana yola düşəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir