“Rusiyanın Ukraynaya qarşı müharibəsi tarixdə dönüş nöqtəsidir”.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Foreign Affairs” jurnalında “Daha təhlükəli dünya üçün daha güclü NATO” adlı məqaləsində yazıb.
“Müharibə Avropaya qayıdıb və böyük dövlətlərin rəqabəti çoxalır. Avtoritar rejimlər sülh və sabitliyin əsasını təşkil edən qlobal qaydalara və institutlara meydan oxumaq üçün bir araya gəlir. Rusiya Prezidenti Vladimir Putin azadlıqları sıxışdırır və öz ölkəsi daxilində parçalanmaları dərinləşdirir, bunu “Vaqner” hərbi şirkətinin üsyanı açıq şəkildə göstərdi. Lakin heç kim Rusiyanı və ya bu gün dünyanın qarşı-qarşıya olduğu təhlükələri aşağı qiymətləndirməməli, gözardı etməməlidir”.
Azinformasiya.az