“PKK kimi terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığımızı gücləndirmək həm Türkiyə, həm də Avropa üçün vacibdir”.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NPR-ə müsahibəsində söyləyib.
Türkiyənin NATO-nun çox mühüm müttəfiqi olduğunu vurğulayan Stoltenberq bu ölkənin Suriyada və İraqda İŞİD-lə mübarizədə son dərəcə vacib rol oynadığı ilə bağlı xatırlatma edib. “Türkiyə həm də İraq və Suriya ilə həmsərhəd olan yeganə NATO müttəfiqidir.”
NATO Baş katibi PKK-ya qarşı mübarizə barədə də danışıb: “PKK Türkiyədə terror təşkilatıdır, amma İsveçdə və Avropanın digər ölkələrində mütəşəkkil cinayətə görə də məsuliyyət daşıyır. Hazırda PKK kimi terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığımızı gücləndirməyimiz həm Türkiyə, həm də Avropanın qalan hissəsi üçün vacibdir”.
Azinformasiya.az