Stoltenberq: PKK İsveçin NATO-ya üzvlüyünün istənilən gecikməsini alqışlayacaq

İsveçin NATO-ya üzvlüyündə istənilən gecikmə PKK və Rusiya Prezidenti Vladimir Putin tərəfindən alqışlanacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında söyləyib. O, İsveçin alyansa qoşulmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliklərini yerinə gətirdiyini bildirib: “Bütün müttəfiqlər terrorizmə qarşıdır və gələn həftə keçiriləcək NATO sammitində biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəmizi bir daha vurğulayacağıq. Apreldə biz Finlandiyanı NATO ailəsinə qəbul etdik. Bu bizim ortaq təhlükəsizliyimiz üçün önəmli hadisə olub. İndi İsveçin alyansa qoşulmasının vaxtıdır. Mən açıq şəkildə bildirmişəm ki, İsveç üçtərəfli memorandumdan irəli gələn öhdəliklərini yerinə yetirib. İsveç konstitusiyasına düzəliş edib, yeni antiterror qanunu qəbul edib, Türkiyəyə silah ixracına qoyulmuş qadağanı ləğv edib, PKK-ya qarşı da daxil olmaqla, antiterror əməkdaşlığını sürətləndirib. Görüşdə biz hamımız yaxşı inkişaf əldə etməkdə razılaşdıq. Biz İsveçin tam üzvlüyünün bütün müttəfiqlərin təhlükəsizlik maraqlarına cavab verməsində razılaşdıq. Biz hamımız bu prosesin mümkün qədər tez yekunlaşdırılmasını istəyirik. Biz İsveçdə Türkiyə və NATO əleyhinə nümayişlər görmüşük. Onlar İsveçin NATO-ya qoşulmasını dayandırmaq, terrorla mübarizədə əməkdaşlığını pozmaq və bizim birliyimizi zəiflətmək istəyirlər. Ona görə də biz diqqətli olmalıyıq, bu təxribatlardan yararlananlar NATO-nu parçalamaq istəyənlərdir. İsveçin üzvlüyündə istənilən gecikmə PKK və Prezident Putin tərəfindən alqışlanılacaq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir