Ukrayna müharibədə qələbə qazanana kimi NATO bu ölkəyə kömək edəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq bu gün Norveçin paytaxtı Oslo şəhərində keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Stoltenberq bunu Ukraynanın NATO-ya mümkün üzvlüyü və Kiyevin münaqişəni bitirmək üçün mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandırarkən söyləyib.
Azinformasiya.az