Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.

 

Azinformasiya.az “DW”ə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi Oan Lunqesku bildirib.

Onun sözlərinə əsasən, tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər.

O, eyni zamanda qeyd edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

İyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına zərər dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata əsasən, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub. Həmçinin Rusiya ordusunun Odessanı bombalaması nəticəsində kafedral kilsə dağılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir