Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiqlər gələn il ərzində Ukraynaya 40 milyard avro ayırmaq niyyətindədir.

 

Azinformasiya.az  NATO-nun saytına istinadən xəbər verir ki, o, bu barədə Beynəlxalq Krım Platformasının IV Sammitinə ünvanladığı müraciətində bildirib.

Stoltenberq qeyd edib ki, NATO-nun dəstəyi “Ukraynaya bu gün özünü müdafiə etməyə və gələcəkdə Rusiya hücumlarının qarşısını almağa kömək edəcək”.

“Ukraynanın gələcəyi NATO-dadır və o, üzvlük üçün dönməz yoldadır. NATO-nun davamlı köməyi ilə Ukrayna suveren, müstəqil və demokratik dövlət kimi qalib gələcək”, -NATO baş katibi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir