“NATO Rusiya və Çin təhlükəsi ilə mübarizəyə hazır olduğunu göstərmək üçün nüvə arsenalını nümayiş etdirməlidir”.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bunu qurumun baş katibi Yens Stoltenberq deyib.
“Mən döyüş hazırlığı vəziyyətinə gətirilməli olan nüvə başlıqlarının sayı barədə operativ məlumatları açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu məsələ mütləq müzakirə olunmalıdır. Biz hazırda sözü gedən istiqamətdə məsləhətləşmələr aparırıq. Hesab edirəm ki, görəcəyimiz tədbirlər yuxarıda adlarını çəkdiyim ölkələrə ciddi siqnal olmalıdır”.
O, eyni zamanda rəsmi Pekinin 2030-cu ilədək nüvə başlıqlarının sayını 1000 ədədə çatdırmaq niyyətində olduğunu vurğulayıb.
Azinformasiya.az