Stoltenberq Kuleba ilə Kaxovka bəndinin dağıdılmasını müzakirə edib

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq “Twitter” hesabında bildirib.

“Ukrayna XİN başçısı Dmitri Kuleba ilə minlərlə insanı evlərindən uzaq salan və Ukraynada ekoloji fəlakətə səbəb olan Kaxovka bəndinin dəhşətli şəkildə dağıdılması barədə danışdım. Nazir Kuleba sabah mənim sədrlik edəcəyim NATO-Ukrayna Komissiyasının iclasında müttəfiq səfirlərə virtual qoşulacaq”, – Stoltenberq diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir