Stoltenberq: İsveçin mümkün qədər tez NATO-ya qoşulmasını səbirsizliklə gözləyirik

Vilnüs sammitində Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya liderləri də iştirak edəcək. Çünki bizim təhlükəsizliyimiz regional deyil, qlobaldır.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq növbəti həftə Vilnüsdə keçiriləcək sammitdən öncı mətbuata açıqlamasında söyləyib.

“Biz kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi və yeni texnologiyalar sahəsində bu ölkələrlə yaxından işləyirik. Aİ rəhbərliyi də Vilnüs sammitinə qatılacaq. Bu sammit, eyni zamanda Finlandiya üçün bir ilk olacaq, bu ölkə ilk dəfə müttəfiq kimi sammitə qatılacaq.

Biz İsveçin də mümkün qədər tez NATO-ya qoşulmasını səbirsizliklə gözləyirik. Dünən İsveç, Finlandiya və Türkiyədən olan yüksək səviyyəli rəsmilərin iştirakı ilə konstruktiv görüşümüz oldu. Sonrakı addım olaraq mən bazar ertəsi günortadan sonra Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə görüşəcəyəm”, – Stoltenberq vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir