Keçən həftə Yevgeni Priqojinin hərbi qiyam cəhdi Rusiya sistemində çatların və bölünmələrin olduğunu göstərir.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqı Şurasının toplantısından öncə jurnalistlərə söyləyib.
“Həmçinin vurğulamaq vacibdir ki, baş verənlər Rusiyanın daxili məsələsidir. İndidən bu qiyam cəhdinin nəticələri barədə danışmaq tezdir. NATO üçün məna kəsb edən odur ki, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Mən Vilnüs sammitində Ukraynaya yeni hərbi yardımın elan ediləcəyini gözləyirəm. Ukrayna suveren, müstəqil və demokratik ölkə kimi qalib gəlsin deyə biz bu dəstəyi davam etdirməliyik”, – NATO Baş katibi diqqətə çatdırıb.
Azinformasiya.az