NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək.
Azinformasiya.az xəbər verir ki, bu haqda NATO-nun mətbuat xidməti məlumat yayıb.
Martın 20-də NATO-nun Baş katibi Yens Stoltenberqin Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkoneni alyansın baş qərargahında qəbul edəcəyi bildirilib.
Baş katib və nazirlərin görüşdən öncə mətbuata açıqlamalar verəcəyi qeyd olunub.
Azinformasiya.az