Stoltenberq: Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır

Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır.

 

Azinformasiya.az xəbər verir ki, bunu “Der Spiegel”ə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

O bildirib ki, Alyansa üzv olan ölkələrin dövlət başçıları da öncəki sammitlərdə bu fikri təsdiqləyiblər.

“Lakin indiki halda ən vacib vəzifə hərbi münaqişədə Kiyevə kömək etməkdir”, – Stoltenberq vurğulayıb.

Münaqişə aparan ölkənin NATO-ya üzv olub-ola bilməsi ilə bağlı sualı cavablandıran Baş katib bununla bağlı masada müxtəlif təkliflərin olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir