NATO Baş katibi Yens Stoltenberq Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya dövlət başçıları ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki bu barədə Yens Stoltenberq “Twitter” hesabında yazıb.
“Təhlükəsizlik regional deyil, qlobaldır – buna görə də biz əməkdaşlığımızı dərinləşdirməyə davam etməkdə qərarlıyıq”, – Stoltenberq vurğulayıb.
Görüşdə Avstraliya, Yaponiya və Yeni Zelandiya Baş nazirləri və Cənubi Koreya Prezidenti iştirak edib.
Qeyd edək ki, sözügedən görüş NATO-nun Vilnüsdə keçirilən sammitinin ikinci günündə baş tutub.
Azinformasiya.az