“Space” TV-yə müvəqqəti rəhbər təyin olunub

“Space” Müstəqil Teleradio şirkətinə rəhbər vəzifəsini icra edən şəxs təyin olunub.

Azinformasiya.Az xəbər verir ki, bu vəzifəyə Kamil Şahverdiyev təyinat alıb.

K.Şahverdiyev SSRİ xalq artisti Rəşid Behbudovun kürəkənidir və Rəşid Behbudov Fondunun direktorudur.

O, “Space” televiziyanın baş prodüseri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev “Space” televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir