Şoyqu Tehrana gedib

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.

Belə ki, S.Şoyqu adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq. İran Prezidenti Məsud Pezeşkinanın da Şoyqunu qəbul edəcəyi vurğulanıb.

Danışıqlar əsnasında ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi – təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, həmçinin qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir