Rusiya Silahlı Qüvvələri keçən ilin başlıca məqsədini yerinə yetirib.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi selektor müşavirədə bildirib.
Onun sözlərinə əsasən, keçən ilin əsas məqsədi Ukrayna Silahlı Qüvvələrinin Kiyev və Qərbin yüksək səslə elan etdiyi əks-hücum əməliyyatının qarşısını almaq olub.
Şoyqu bildirib ki, Rusiya ordusu daim daha sərfəli mövqelər tutur və nəzarəti altında olan əraziləri bütün istiqamətlərdə genişləndirir, xüsusi əməliyyatın məqsədlərinə çatmağa doğru irəliləyir.
“Rusiya Silahlı Qüvvələri ardıcıl olaraq xüsusi əməliyyatın bəyan edilmiş məqsədlərinə müvəffəq olmaq istiqamətində irəliləyir”, – deyə Rusiya MN rəhbəri vurğulayıb.
Azinformasiya.az