Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.
Azinformasiya.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib.
“Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, diviziya generalı Məhəmməd Baqiri arasında telefon danışığı baş tutub. İkitərəfli münasibətlərin aktual məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və əlaqələri inkişaf etdirmək niyyətini təsdiqləyiblər”, – deyə Rusiya MN-nin məlumatında qeyd olunub.
Azinformasiya.az