Son sutkada Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının 50 üzvü məhv edilib.
Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Beləliklə, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.
Qeyd edək ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarının başladığını açıqlayıb.
Azinformasiya.az