Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azinformasiya.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 418 aktiv xəstə var. Bu günə qədər 9 900 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 084, bu günə qədər isə ümumilikdə 7 228 614 test icra olunub.