Ermənistandan Dağlıq Qarabağa gedən yolun bir hissəsi bağlanıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qondarma Dağlıq Qarabağ rejiminin Laçın dəhlizindəki vəziyyət barədə verdiyi məlumatda Şuşa-Laçın magistral yolunun bir hissəsinin bağlandığı bildirilib.
Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə irəliləyir.